Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


11/09/2020

Seçicilərimizlə növbəti görüşümüzü gerçəkləşdirdik

Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının binasında seçicilərimizlə növbəti görüşümüzü gerçəkləşdirdik. Ölkədə karantin rejiminin yumşaldılması və bir sıra qadağaların aradan qaldırılması ilə əlaqədar görüşümüz real formatda keçirildi. Ancaq sosial məsafə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək şərti ilə.
Mart ayından bu yana əksər iş yerlərinin bağlı olması səbəbi ilə özəl sferada çalışan seçicilərimizin içində işsizlik sarıdan əziyyət çəkənlər var. Görüşdə iştirak edən sakinlərin məşğulluqla bağlı istəklərini dinlədik. Təbii ki, biz bu istiqamətdə seçicilərimizə yardım etməyə çalışırıq, xüsusilə dövlət tərəfindən elan olunan vakant iş yerləri ilə bağlı müvafiq icra strukturlarına müraciət edirik. Eyni zamanda, ümid edirəm ki, qadağaların yumşaldılması ilə iş yerləri də bərpa olunacaq və əhalimizin məşğulluqla bağlı sıxıntıları aradan qalxacaq.
Seçicilərimizin "Sovetski" ərazisində yaşayan qismini narahat edən əsas məsələ köhnə evlərin sökülməsi və onlara kompensasiyanın ayrılmasıdır. Bununla bağlı işlər Bakı şəhərinin Baş planına uyğun həyata keçirilməlidir. Nəzərə almalıyıq ki, pandemiya ilə əlaqədar yaranan iqtisadi çətinliklər dövlətimizə əlavə maliyyə itkiləri hesabına başa gəlir. Bu səbəbdən bu istiqamətdə aktivlik müşahidə olunmur. İqtisadiyyatımız bərpa edildikcə, proses hərəkətə gələcək. Eyni zamanda, elə ərazilər var ki, oraların sökülməsində tikinti ilə məşğul olan özəl şirkətlər iştirak etməlidir və onlar da kompensasiyanın ödənilməsi zamanı mövcud vəziyyət və qiymətlərə uyğun hərəkət etməlidirlər. Təbii ki, bu mövzunu da diqqətdə saxlayacağıq.
Sevindirici haldır ki, bugünkü görüşümüzdə sahibkarlıq fəaliyyəti ilə bağlı təkliflərlə gələn seçicilərimiz də var idi. Bu təklifləri təmsil olunduğum İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində qaldıracam. 
Dostlar, dövlətimizin dəstəyi və mütəmadi görüşlərimizlə qarşımızda olan çətinliklərin öhdəsindən gələcəyik. Yetər ki, birliyimiz möhkəm olsun. Biz birlikdə güclüyük!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ