Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


22/06/2020

Seçicilərimizlə növbəti görüşümüz oldu

Dünən seçicilərimizlə növbəti görüşümüzü keçirdik. Covid-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları və tövsiyyələrinə riayət etməklə, sosial məsafəni qorumaqla. Təhlükəsizliyimiz və sağlamlığımız naminə görüş iştirakçılarının sayında da məhdudiyyət tətbiq etməli olduq, bu dəfə 14 nəfər sakinimizi dinlədik.
Seçicilərimizi maraqlandıran və narahat edən problemlər əsasən hüquqi məsləhət, mənzil, sosial müavinətlərin alınması və məşğulluq xarakterlidir. Münasibətlərimizdə formalaşmış ənənəyə əsasən, bugündən etibarən qaldırılan məsələlərin həllinə çalışacağıq.
May ayında 456 müraciətə baxmışıq, onlardan 452-i həllini tapıb, 3-ü deputat sorğusu ilə icra orqanlarına yönəldilib, biri isə əsassız olub. Ötən 3 ayda 1815 ailəyə baş çəkmişik.
Dostlar, pandemiya həyatımızın bir çox sahələrinə aradan qaldırılması vaxt tələb edəcək zərər vurub. Məşğulluq, gündəlik dolanışıq, təhsil, iqtisadiyyat və s. sferalar Covid-19 virusundan ziyan çəkirlər. Ancaq bu bəlanın ən çox mənfi təsir göstərdiyi bizim insani münasibətlərimiz, ünsiyyətimiz, aramızdakı mehribançılıqdır💙❤️💚 Az-az görüşməyə məcburuq, hamımızın sağlamlığı naminə. Bu səbəbdən görüşlərimizi fərdi qaydada, məhdud sayda iştirakçıların olması ilə və videoformatda davam etdirəcəyik. Eyni zamanda, Feysbuk və İnstaqram profilimiz 24 saat aktivdir, günün istənilən vaxtı yaza bilərsiniz, mütləq cavablandırılacaq. Başlıca amalımız sizi narahat edən problemlərin həllinə nail olmaqdır. Daha gözəl günlərimiz qarşıdadır!
Biz birlikdə güclüyük!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ