Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
27/02/2024
Seçicilərlə görüş
Bu gün seçicilərimizlə növbəti görüşümüzü keçirdik, onları narahat edən və maraqlandıran məsələlər ətrafında fikir mübadiləmiz oldu. Məşğulluq, sosial təminat, hüquqi yardım, daşınmaz əmlak məzmunlu problemləri dinlədik. Dairəmizin infrastruktur çətinlikləri ilə bağlı ayrıca söhbətimiz oldu. Bu gündən etibarən rayon İcra Hakimiyyətinin dəstəyi ilə küçə və dalanlar olmaqla 14 ünvanda işıqlandırma probleminin həllinə başlanılıb. Sakinlərin müraciəti və bizim təşəbbüsümüz
əsasında küçə və dalanların işıqlandırılmasında mövcud olan nasazlıqlar aradan qaldırılır, köhnə çıraqlar yeniləri ilə əvəzlənir.
Daha bir ünvan - Nərimanov prospekti 24/57-də isə təşəbbüsümüzlə sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazidə abadlıq işlərinə başlanıb. Yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək.
Qarşıdakı günlərdə qəbul zamanı səsləndirilən digər məsələlərin də həlli istiqamətində fəaliyyət göstərəcəyik, müvafiq icra hakimiyyəti orqanlarına müraciətlərimiz olacaq.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.