Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


27/08/2020

“Şəfqətin və xeyirxahlığın ünvanı – Mehriban Əliyeva”

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Şəfqətin və xeyirxahlığın  ünvanı – Mehriban Əliyeva” mövzusunda keçirilən onlayn formatlı konfransda iştirak etdim. Bildiyiniz kimi, bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ad günüdür. YAP Sədrinin müavini, icra katibi Əli Əhmədovun rəhbərliyi ilə partiya funksionerləri, Milli Məclisdən olan həmkarlarım, ölkəmizin ictimai-siyasi həyatında tanınan siyasət, elm və mədəniyyət nümayəndələri ilə Mehriban xanımın ictimai-siyasi və mədəni sahədəki fəaliyyəti və xidmətlərindən danışdıq.
Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunanadək çoxşaxəli ictimai fəaliyyətlə məşğul olub, mədəniyyət və idman sahələrində ölkəmizə nüfuz qazandırmış layihələrə rəhbərlik edib, Milli Məclisin deputatı kimi zəngin qanunvericilik fəaliyyəti ilə yadda qalıb. Onun Birinci vitse-prezident olaraq dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlər həm ictimai xarakterli, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq həyata keçirdiyi fəaliyyətin məntiqi nəticəsidir.


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ