Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


11/11/2022

Şəhid ailələri ilə bağlı önəmli təklif

Dövlətimiz şəhid ailələrinin ehtiyaclarının ödənməsi üçün ciddi tədbirlər görür. Bu istiqamətdə ən önəmli addım şəhid ailələrinə mənzillərin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti tədqirəlayiqdir. Məlum olduğu kimi, mənzil şəhidin ailəsinə - həyat yoldaşı və övladına, yaxud övladlarına verilir. Elə ailələr var ki, şəhidin valideyinləri, atası, yaxud anası mənzil sarıdan çətinlik çəkir. Şəraitləri acınacaqlıdır. Onların probleminin həllinə necə kömək edə bilərik? Axı Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı həmin valideyinlər dünyaya gətirib, boya başa çatdırıb... Bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bu məsələyə toxunaraq təkliflə çıxış etdim. Fikrimcə, həm nazirliklərin və müvafiq strukturların, həm də qanunverici orqanın təmsilçilərinin iştirakı ilə xüsusi komissiya yaradıla bilər. Bu komissiya mənzil problemləri olan şəhid valideyinlərinin gerçək vəziyyətini araşdırar. Həqiqətən də ehtiyacı olanlara mənzillərin əldə edilməsində isə dövlətlə yanaşı, özəl sektor, sosial tərəfdaşlar, vətəndaş təşəbbüsləri iştirak edə bilər. Vətən müharibəsində 3 min şəhid vermişik. Düşünürəm ki, şəhid ailələrinin az qismində, tutaq ki, 3-5 faizində qeyd etdiyim çətinlik mövcuddur. Birlikdə bu problemin həllinə nail ola bilərik.



Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ