Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Şəhidimizi yad etdik

15/01/2022
2020-ci ilin parlament seçkiləri dövründə komandamızın ağsaqqalı olan, dairəmizin seçicisi Hacı Etibarla hər birimizi möhkəm dostluq və mənəvi tellər birləşdirir. Hər görüşümüz onun xeyir-duası ilə keçirilib. Getdiyimiz hər bir evə onun məsləhəti ilə getmişik, Hacı Etibar seçicilərlə aramızda bir körpü rolunu oynayıb.
Ötən ilki Vətən müharibəsində onun nəvəsi Bağırov Əli Altay oğlu da şəhid olub. Əli Cəbrayıl, Füzuli və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Qubadlıda şəhadətə qovuşub. Prezident İlham Əliyev tərəfindən hər üç rayonun azad olunmasına görə medallarla təltif edilib. Allah rəhmət etsin!
Dünən Əlinin məzarını babası ilə ziyarət etdik, ruhu qarşısında baş əydik. Şəhidlərimizin hər biri bizim üçün əzizdir, çünki onlar Hacı Etibar kimi ağsaqqal ata-babaların tərbiyyəsi, öyüd-nəsihəti ilə vətənpərvər ruhda böyüyüb, Vətəni azad etməyə yollanıblar.
Görüş zamanı Hacı Etibar bizi yenə də təəccübləndirdi. Keçirdiyimiz bütün görüşlərin fotolarını saxlayır, xatirələrimizdən heç birini unutmayıb. Atamın dostu Baba müəllimlə birlikdə həmin günlərə qayıtdıq. Tanrı ağsaqqallarımızı bizə çox görməsin!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ