Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


08/02/2021

S.Əsgərova küçəsinin Mirzə Fətəli və Murtuza Muxtarov küçələri asfalt örtüyü salındı

Salatın Əsgərova küçəsi dairəmizin ən uzun küçələrindən biridir. Qədirli küçəsi ilə kəsişmədən başlayır Təbriz küçəsinədək davam edir. Bu küçədə minlərlə ünvan, ev və dalan var. Küçənin quruluşu çox maraqlı və özünəməxsusdur. Təsəvvür edin ki, bir çay var, bəzi yerlərində çox enlidir, bəzi hissələrində isə dar keçiddən ibarətdir. S.Əsgərova küçəsini təsvir etmək istəyirsinizsə, eyni qaydada, bir gur axar çayla müqayisə edə bilərsiniz.
Sentyabr ayında sözügedən küçənin Qədirli küçəsi və Nərimanov prospekti ilə kəsişdiyi hissəsinin asfalt örtüyü müraciətimiz əsasında Yasamal rayon İcra Hakimiyyəti tərəfindən yenilənmişdi. Bu yaxınlarda isə S.Əsgərova küçəsinin Mirzə Fətəli və Murtuza Muxtarov küçələri arasındakı hissəsində yaşayan 115 ünvandan müraciət aldıq. Sakinlər küçənin bu hissəsinin asfalt örtüyünün yenilənməsini istəyirdilər. Həqiqətən də, köhnə asfalt aşınmış halda idi, xüsusilə yağışlı havada hərəkəti çətinləşdirirdi. Ötən il sosial tərəfdaşlarımızın dəstəyi ilə ağsaqqal sakinimiz Yusif Əliyevi motorlu əlil arabası ilə təmin etmişdik. Bax, həmin Yusif dayı da bu küçədə yaşayır. Asfaltın köhnə vəziyyətinə baxarkan gözlər önünə məhz Yusif kişi gəlir: axı araba motorlu olsa da belə, o, bu küçə ilə necə hərəkət edə bilir?
Sakinlərimizin məktubu əsasında Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdik və hər zaman olduğu kimi, müsbət cavab aldıq. Mütəxəssislər küçəyə baxış keçirdilər, vəziyyəti dəyərləndirdilər və asfalt örtüyünün yenilnməsinə qərar verildi. Qeyd olunan hissə, bütün dalanları ilə birlikdə yeni asfaltla təmin olundu. İndi qalır küçənin işıqla təminatı. Hazırda “Azərişıq” ASC müraciətimizi müsbət dəyərləndirərək küçənin işıqlandırılmasını həyata keçirir. İşıqlandırma da təmin olunduqdan sonra sakinlərimizin rahat hərəkəti üçün heç bir maneə qalmayacaq.
Dairəmizin küçələrindən daha birində həyata keçirilən infrastruktur yenilənməsi bir daha sübut edir ki, biz birlikdə güclüyük! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ