Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


05/11/2022

"Siyasi partiyalar haqqında" qanun layihəsi ətrafında ictimai dinləmələr keçirildi

Dünən Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçirildi. İctimai dinləmədə Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli, vitse-spiker Fəzail İbrahimli, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, parlamentdə təmsil olunan partiyaların sədrləri, deputat həmkarlarım, QHT nümayəndələri və politoloqlar iştirak edirdilər. İctimai dinləməyə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli moderatorluq edirdi. 

Qanun layihələrəri ətraflnda belə geniş müzakirə və dinləmələrin keçirilməsi, bu yolla qanunvericilik prosesinə ictimai nəzarətin təmin olunması Altıncı çağırış Milli Məclisin mühüm özəlliklərindən biridir. Dinləmələlərdə irəli sürülən təkliflər geniş disskusiya və analiz edildikdən sonra nəzərə alınır ki, fikrimcə, bu da olduqca müsbət haldır. 

"Siyasi partiyalar haqqında" qanun 30 il bundan əvvəl qəbul edilib. Bu dövr ərzində ölkəmizdə müxtəlif siyasi proseslər cərəyan edib, o cümlədən siyasi sferada da ciddi dəyişikliklər baş verib. Bu baxımdan, Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli islahatlar təbii ki, siyasi sahəni də əhatə etdiyindən sözügedən qanuna toxunmaya bilməzdi. Əminliklə demək olar ki, müzakirələr və ictimai dinləmələr labüddür və qanunverici prosesə müsbət təsir edəcək.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ