Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


21/07/2020

Şıxəli Qurbanov 17-də yeni asfalt örtüyü

Ş.Qurbanov, 17 ünvanındakı çoxmənzilli binanın həyətinin asfalt örtüyü düz 50 il bundan əvvəl vurulub. Bu, bilirsiniz hansı binadır? Bakıda məşhur "Çeburaşka" aptekini tanımayan çox az adam tapılar. Sözügedən bina həmin aptekin yerləşdiyi binadır. Yaşlı sakinlər deyirlər ki, yaşayış binası inşa olunarkən həyət  asfaltlanıb və sonra bir daha yenilənməyib. Emil Hüseynov dünyaya göz açandan həmin binanın sakinidir: "Mən 1968-ci ildə anadan olmuşam. Bu binada yaşayıram. Böyüklərimizdən maraqlandım, bu həyətə asfalt 1970-ci ilə salınıb. Yəni mənim 2 yaşım olanda. Zarafat deyil, yarım əsr keçib".
Həyətinin asfalt örtüyünün yenilənməsinə ehtiyacın olduğunu seçicilərimizdən - sakinlərdən öyrənmişdik. Vəziyyətlə yerində tanış olduqdan sonra Yasamal Rayon İcra hakimiyyətinə müraciət etdik. İstəyimiz həmişəki kimi qəbul olundu və həyətin asfalt örtüyü yeniləndi. Yeri gəlmişkən, az öncə bu həyətin işıqlandırma sistemi də yenilənib və bu barədə dünənki statusumuzda məlumat vermişik.
Dairəmizin həllinə ehtiyac duyulan çətinliklərinin çözülməsi üçün ünsiyyətin çox böyük əhəmiyyəti var. Ş.Qurbanov, 17 ünvanındakı binanın sakini, seçicimiz Cavid Hüseynovun təşkilatçılığı bu baxımdan örnəkdir. Biz bir olanda problemlərimizin həllinə daha tez nail oluruq. Çünki birlikdə güclüyük!


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ