Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


27/05/2023

Sülh müqaviləsi imzalanmalıdır Ermənistan bundan qaça bilməz

Prezident İlham Əliyev Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli toplantısında xüsusi qonaq kimi iştirak etsə də, Azərbaycanın Ermənistan istisna olmaqla, burada təmsi olunan bütün ölkələrlə sıx iqtisadi münasibətləri mövcuddur.

Azərbaycanın şaxələnmiş iqtisadi əlaqələri bizim ciddi iqtisadi potensialımıza və imkanlarımıza əsaslanır. Ümumiyyətlə, Azərbaycanın xarici iqtisadi əlaqələri cənab Prezident tərəfindən yürüdülən çoxvektorlu xarici siyasətdən irəli gəlir. Bu baxımdan, necə ki, biz hər hansı siyasi blokda təmsil olunmuruq, eləcə də iqtisadi baxımdan bizim imkanlarımız ilk növbədə özümüzə xidmət etməlidir. Azərbaycanın iqtisadi qüdrəti bütün iqtisadi birliklərin ölkəmizə marağının başlıca mənbəyidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin də əsas mahiyyəti bu ölkələr və ya təşkilatlarla əməkdaşlıqdan Azərbaycanın maksimum xeyir götürməsidir. Çünki bildiyiniz kimi, ölkəmizin xarici iqtisadi əlaqələrində birincilik Avropa Birliyinə məxsusdur. Ticarət dövrüyyəmizin böyük hissəsi məhz AB-nin payına düşür. Bu gün Azərbaycan əsas ixracat məhsulu olan enerji daşıyıcılarını Avropanın 10-dək ölkəsinə nəql edir və bu ölkələrin sayı artmaqdadır. Bu baxımdan qeyd etmək olar ki, cənab Prezidentin Moskvadakı iclasa xüsusi qonaq kimi dəvət olunmasında əsas məqsəd bu qurumun cəlbedici potensialı olan Azərbaycan iqtisadiyyatı ilə daha sıx işbirliyinə can atmasıdır. Prezident İlham Əliyevin Moskvaya son səfəri həm də ona görə xüsusi diqqət mərkəzdində idi.

Burada onun Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə Nikol Paşinyanla növbəti görüşü keçirildi. Əslinə qalsa, bu görüşün nə ilə bitəcəyi ondan öncə - Ali Avrasiya İqtisadi Şurasının iclasından bəlli oldu. Ermənistan liderinin Azərbaycan Prezidentinin çıxışına məntiqsiz, əsassız və rabitəsiz arqumentlərlə cavab vermək cəhdi danışıqlar masasındakı vəziyyətin nədən ibarət olduğunu göstərdi. Sonra keçirilən üçtərəfli görüşün də cəmi 20 dəqiqə davam etməsi onu göstərir ki, artıq hər şey həll olunub: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu prosesi dayandırmaq mümkün deyil. Yekun sülh müqaviləsi imzalanmalıdır və nə Ermənistan bundan qaça bilər, nə də hər hansı qüvvə bu prosesin qarşısını almaq iqtidarındadır.


https://faktmedia.az/olke/4533-sulh-muqavilesi-imzalanmalidir-ermenistan-bundan-qaca-bilmez-.html 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ