Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
24/04/2024
COP29-la əlaqədar qeyri-rezidentlərə vergi azadolmaları şamil ediləcək
İri beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübə toplayan ölkəmiz bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Belə bir mötəbər tədbirin Bakıda baş tutması Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rola verilən dəyər, dövlətimizin müsbət reputasiyası və bizə münasibətdə nümayiş etdirilən etimadın göstəricisidir.
11-24 noyabr tarixlərində Bakıda keçiriləcək konfrans çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Bu çərçivədə qeyri-rezidentlərə 2024-cü il martın 1-dən 9 ay müddətinə bir sıra vergi azadolmaları şamil ediləcək. Dünən bu barədə qanun layihəsini Milli Məclisin plenar iclasında təqdim etdim.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.