Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


25/07/2020

Türkiyəli qardaşlarımızın möhtəşəm birgə aksiyası keçirilib

Dünən Azərbaycanın Praqadakı səfirliyinin önündə Çexiyada yaşayan həmvətənlərimizlə Türkiyəli qardaşlarımızın möhtəşəm  birgə aksiyası keçirilib. Bir qrup erməninin səfirliyimiz önündə toplaşmasına cavab olaraq sayca dəfələrlə çox və təşkilatlanmış həmyerlilərimiz və türk qardaşlarımız çıxıb. Aksiyamıza Türkiyənin Praqadakı Böyük elçisi Egemen Bağış və Fövqəladə və Səlahiyyətli səfirimiz Adış Məmmədov dəstək veriblər. Əlavə edim ki, srağagün, iyulun 23-də onlayn videobağlantı vasitəsilə Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Milan Ekertlə ölkəsində yaşayan soydaşlarımızdan danışmış, Praqada reallaşacaq bu dəstək aksiyasını müzakirə etmiş və onun yüksək səviyyədə keçiriləcəyinə əminliyimizi bildirmişdik. 
Biz çoxuq və güclüyük! İşimiz haqq işidir və ədalətə söykənir! Biz qələbə çalacağıq!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ