Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


15/12/2020

Türkiyəyə qarşı sanksiyalar qərəzlidir

“S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyalar qəbuledilməzdir. 

Bunu "Ölkə. Az"a açıqlamasında millət vəkili  Elnur Allahverdiyev deyib. Onun sözlərinə görə, Türkiyə suveren dövlətdir, özünün müdafiəsini təşkil etmək seçimində müstəqildir və bu baxımdan, ABŞ-ın mövqeyi qərəzli xarakter daşıyır.

"Azərbaycan olaraq biz qardaş Türkiyəni dəstəkləyirik və mövqeyində haqlı olduğunu hesab edirik. Bununla bağlı artıq Prezident cənab İlham Əliyev və XİN rəsmi münasibət bildiriblər. 

Türkiyənin regionda və bütövlükdə siyasi və hərbi çəkisi durmadan artır. Türkiyə onunla hesablaşmağın mütləq olduğu gücdür, dövlətdir. Görünür, bu, bəzilərinin xoşuna gəlmir, qardaş dövlətin bu müstəqilliyi onları qorxuya salır, narahat edir. ABŞ-ın qərəzli münasibəti və bəzi dövlətlərin Avropa Birliyi çərçivəsində Türkiyəyə siyasi təzyiqlər etmək cəhdi uğursuzluğa düçar olacaq və onun müdafiə qabiliyyətliliyinə xələl gətirməyəcək. Qardaş ölkənin həm istədiyi müdafiə məqsədli silahları əldə etməyə, həm də istehsal etməyə gücü və imkanları var. Biz qardaş dövlətin yanındayıq, necə ki, Türkiyə də hər zaman bizim yanımızda olub”-millət vəkili qeyd edib.

Mürtəza
Ölkə.Az

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ