Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


05/04/2023

UNESCO-nun baş direktoru qeyri-peşəkardır, özünü Fransa XİN-nin əməkdaşı kimi aparır

UNESCO-nun baş direktoru Odri Azulay özünü Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı kimi aparır. UNESCO-nun hazırki rəhbərinin Azərbaycana qarşı fobiyasının olduğu sirr deyil. O.Azulay səlahiyyətlərini icra etməyə başladığı ilk gündən Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir.

Biz onsuz da xalqımıza qarşı ikili standartlara öyrəşmişik. Ancaq onun UNSECO kimi nüfuzlu beynəlxalq strukturu şəxsi, simpatiya bəslədiyi və ya vətəndaşı olduğu dövlətin maraqlarının qurbanına çevirməsi təəssüfedici hal olmaqla yanaşı, həm də qeyri-peşəkarlığın bariz göstəricisidir. Azulay 2017-ci ildən UNSECO-nun baş direktorudur və ondan əvvəl isə Fransanın mədəniyyət naziri olub. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, Azərbaycanın onilliklər boyu işğal altında olan torpaqlarına faktaraşdırıcı missiyanın göndərilməsinə razılıq verməyib.

O.Azulay Azərbaycana münasibətdə özünü UNESCO-nun ali rəhbəri kimi deyil, ölkəmizə münasibətdə ədalətsiz mövqe göstərən dövlətin vətəndaşı kimi aparır. Fransanın “bacısı” Ermənistana görə Azərbaycana qarşı düşmənçilik həddinə çatmış siyasətini başa düşürük. Ancaq hər hansı beynəlxalq təşkilatda yüksək vəzifə tutmuş nümayəndənin bu qurumdakı vəzifələrini unudub özünü sanki hansısa dövlətin XİN-ni təmsil edən bir məmur kimi aparması nə qədər düzgündür? UNESCO-nun baş direktoru özünü Fransa XİN-nin əməkdaşı kimi aparır. Bu, qeyri-peşəkarlıqdır.

UNESCO 30 ilə yaxın işğal dövründə Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, ermənilərin işğal etdiyi ərazilərə missiya göndərməyib.

Dövlətimiz ermənilərin törətdikləri vəhşiliklər barədə dəfələrlə faktlar, sübutlar təqdim etsə də, bu beynəlxalq təşkilatdan səs çıxmayıb. Əsas o olub ki, Ermənistan razı deyil. Halbuki beynəlxalq hüquqa görə, Ermənistanın Ağdama və ya Füzuliyə beynəlxalq missiyanın gəlişinə hər hansı münasibət bildirməyə haqqı yoxdur. Çünki bura Azərbaycan ərazisidir. Ancaq 2020-ci ilin müharibəsindən sonra hay-küy qaldırmış ermənilərin çağırışlarına reaksiya verilir. Bu fakt UNESCO-nun qeyri-obyektivliyinin göstəricisi deyilmi? Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qurumun xoşməramlı səfiri olmaqdan imtina etməsi bütün dünyaya UNESCO-nun tərəfkeşlik etdiyini göstərdi.

Tək beynəlxalq təşkilatlar deyil, ayrı-ayrı dövlətlər də çox vaxt ümumbəşəri anlayışları öz maraqları naminə tapdaq altına alırlar: Biz UNESCO-dan danışırıq, ancaq qonşumuz, müsəlman dövləti olan İran 30 ildir gözünün qabağında məscidləri dağıdan, talan və təhqir edən vandalların başına sığal çəkir. Son iki ildir 1 milyon şiə müsəlmanı yurdundan-yuvasından edən Ermənistanın maraqlarının onun maraqları olduğunu bəyan edir. Müsəlman dövləti bunu edirsə, ermənilərin “böyük bacısı” olan Fransanın təmsilçisindən nə gözləmək olar?!.

https://report.az/xarici-siyaset/unesco-nun-bas-direktoru-qeyri-pesekardir-ozunu-fransa-xin-nin-emekdasi-kimi-aparir-rey/


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ