Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


14/12/2020

Vikipediyada aktivlik artır

Dostlar, ötən həftə sizə “Qorqud” Vikipediya Metodiki Klubunun fəalları ilə yeni layihəyə başladığımız barədə məlumat vermişdik . Təşəbbüsün məqsədi Vikipediya məkanında Azərbaycanımız haqqında həqiqəti əks etdirən, dolğun materialların yerləşdirilməsi və yaxud mövcud olan, ancaq qərəzli xarakter daşıyanlara düzəlişlər etməyə nail olmaqdır. Könüllülərimiz artıq fəaliyyətdədirlər. Aşağıda həftə ərzində görülən işlərə dair hesabat təqdim olunub. Eyni zamanda, Vikipediyada könüllü əsaslarla Vətənin maraqları naminə fəaliyyət göstərmək istəyənlər üçün də xüsusi təlimlərə start veririk. Qruplar artıq formalaşmaqdadır. Arzulayanlar üçün bir daha elektron ünvanımızı xatırladırıq: [email protected]
Beləliklə, “Qorqud” Vikipediya Metodiki Klubunun fəallarının gördükləri işlər barədə hesabatla tanış olun.
Yeni məqalələr:
1. Victory Day (Azerbaijan)
2. Memorial Day (Azerbaijan)
3. Khojaly Genocide Day
4. 4th Mechanised Infantry Brigade (Turkey)
5. Aghamir Sultanov (Vətən müharibəsi qəhrəmanı)
6. Namig Islamzadeh (Vətən müharibəsi qəhrəmanı)
7. Anar Qarayev (Vətən müharibəsi qəhrəmanı)
8. Babək Ələkbərov (Vətən müharibəsi qəhrəmanı)
9. Ələkbər Cahangirov (Vətən müharibəsi qəhrəmanı)
10.  Society for the Restoration of Orthodox Christianity in the Caucasus
11.  Mitrofanov Residence (Neft sənayeçisi Dmitri Mitrofanovun sifarişi ilə 1898-1902-ci illərdə tikilmiş, memarı İohan Edel olan bina)
12.  Vrej (1989-cu ildə daşnaklar tərəfindən yaradılmış Azərbaycanda mülkü obyektləri hədəf alan və müxtəlif terror aktları törətmiş təşkilat)
13.  Səlim xan Şəmsəddinli
14.  Səfəvilərin Gürcüstan hakimlərinin siyahısı
15.  Səfəvilərin topçubaşılarının siyahısı 
16.  Keçəçi ailəsi ‎
17.  Artuk bəy ‎
18. Hero of the Patriotic War
19. Baku Victory Parade of 2020
Mövcud məqalələrə əlavələr:
- “2020 Nagorno Karabakh war” (Vətən müharibəsi) məqaləsinə: Laçının qaytarılması; Ağdamın Qiyaslı kəndindən çəkilən erməni silahlılarının 18-ci əsrə aid məscidi yandırmaları və oranı işğal dövründə tövlə kimi istifadə etmələri (Rza Diqqətinin məlumatları əsasında); mülki və hərbi şəhidlərin sayının verilməsi; erməni siyasətçilərinin 5000 nəfər itki verdiklərini etiraf etmələri; 4 dekabrda bir dəqiqəlik sükut; Azərbaycanda bütün məscidlərin, kilsələrin və sineqoqların bu sükuta qoşulmaları; Mədəniyyət Nazirliyinin azad olunmuş ərazilərdə kilsələrin qorunacağına dair zəmanət verməsi; 27 sentyabr və 8 noyabrın müvafiq olaraq Anım Günü və Zəfər Günü elan edilmələri; Şəhidlərin bank borclarının silinməsi; Azərbaycan XİN-in Fransanı tənqid etməsi və etiraz notası verməsi; Türkiyənin siyasi partiyalarının Fransanı qınayan birgə bəyanat vermələri; müharibə zamanı həlak olan mülki şəxslərə şəhid statusunun verilməsi; PKK, Nubar Ozanyan briqadası, eləcə də keçmiş ASALA üzvlərinin Qarabağ müharibəsində iştirakı ilə bağlı rusdilli xəbərlərin məqalənin mətninə yerləşdirilməsi.
- “Armenian-occupied territories surrounding Nagorno-Karabakh” (Dağlıq Qarabağ ətrafında Ermənistan tərəfindən işğal edilmiş ərazilər) məqaləsinə: məqalənin adının “Ermənistan nəzarətində” yox, “Ermənistan işğalında” deyə dəyişdirilməsi (müraciət və irəli sürülən arqumentlər əsasında); Ağdamın Qiyaslı kəndindən çəkilən erməni silahlılarının 18-ci əsrə aid məscidi yandırmaları və oranı işğal dövründə tövlə kimi istifadə etmələri (Rza Diqqətinin verdiyi məlumat əsasında).
- “Lachin” (Laçın) məqaləsinə: Laçın şəhərinin işğal edilməsi; şəhərin işğal zamanı yandırılması; məcburi köçkünlər; Livan ermənilərinin və Ermənistandan əhalinin əraziyə yerləşdirilməsi; 2020-ci ildə Azərbaycana qaytarılması; ermənilərin 2020-ci ildə şəhəri tərk etmələri; ermənilərin Laçının özlərində qalması iddiasını irəli sürmələri; Azərbaycan Ordusunun şəhərə daxil olub video yayımlaması; Prezident İlham Əliyevin Laçının azad olunması barədə bəyanatı.
- “Zabux” məqaləsinə: kəndin Birinci Qarabağ müharibəsi zamanı işğal edilməsi; yandırılması; kəndin xarabalıqlarında ermənilərin yeni qəsəbə tikib Livan ermənilərini ora köçürməsi; Azərbaycana qaytarılması.
- “Battle of Shusha (2020)” (Şuşanın azad edilməsi) məqaləsinə: Tehran Mənsimovun iştirakı; 4 dekabrda Şuşa qalası önündə bir dəqiqəlik sükut; Robert Köçəryanın Paşinyanı və qondarma rejimi tənqid etməsi; Erməni hərbi rəsmilərinin Ermənistan ordusunun vəziyyətinin dəhşətli olduğunu etiraf etmələri; “Şuşanın azad edilməsi” medalı haqqında.
- “Dadivank” (Dadivəng/Xudavəng monastırı) məqaləsinə: Azərbaycan MN-nin kilsə içərisindən video yayımlaması; udin icmasının kilsəyə gəlib liturgiya keçirməsi; Rafiq Danakirinin monastıra baş kahin təyin edilməsi.
- “Madagiz offensive” (Suqovuşana hücum əməliyyatı) məqaləsinə: komandirlər; iştirak edən hərbi birləşmələr.
- “Lachin offensive” (Laçına hücum əməliyyatı) məqaləsinə: komandirlər; iştirak edən hərbi birləşmələr.
- “Aras Valley campaign” (Araz vadisi əməliyyatı) məqaləsinə: komandirlər; iştirak edən hərbi birləşmələr.
- “Kochari” (Köçəri) məqaləsinə: azərbaycanca etimologiyası.
- “Battle of Aghdam” (Ağdamın azad edilməsi) məqaləsinə: azərbaycanlı məcburi köçkünlər. 
- “Battle of Kalbajar” (Kəlbəcərin azad edilməsi) məqaləsinə: azərbaycanlı məcburi köçkünlər.
- “Polad Hashimov”, “Ilgar Mirzayev”, “Hikmat Mirzayev”, “Mais Barkhudarov”, “Hikmat Hasanov”, “Zakir Hasanov”, “Elchin Guliyev”, “Vilayat Eyvazov”, “Ibad Huseynov”, “Ali Naghiyev”, “Arzu Rahimov”, “Babak Samidli” məqalələrinə 2020-ci ildə aldıqları medal və ya ordenlərin əlavə edilməsi.
- "Hero of the Patriotic War Medal", "Karabakh Order", "Zafar Order", "Hero of the Patriotic War" məqalələrində 2020-ci ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamları əsasında yeniliklər.
- “2020 Ganja missile attacks” məqaləsinə dekabr 2020-ci il “Human Rights Watch” hesabatının əlavə edilməsi.
- "Murovdağ" məqaləsində Azərbaycan tərəfindən azad edildiyini fakt kimi qeyd etmək.
Digər:
- “Anti-Azerbaijanism” (Azərbaycanafobiya) mövzusu ilə əlaqədar şablonlar, kateqoriyalar.
- “National Heroes of Azerbaijan” (Azərbaycanın Milli Qəhrəmanları) şablonunun 2020-ci ilə görə yenilənməsi.
- Birinci Qarabağ müharibəsi barədə saxta və təxribat xarakterli məlumatların silinməsi, bitərəf yazı və həqiqəti əks etdirən məlumatların yerləşdirilməsi.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ