“Vikipediya”nın Azərbaycan və xarici dili bölmələrində Vətənimizə aid məqalələrin yaradılması uğurlu şəkildə davam edir. Fəaliyyət genişlənməkdədir və könüllülər qrupu böyük həvəslə bu işə töhfəsini verir. Könüllülər etibarlı, əsaslı mənbələrlərdən istifadə edərək məqalələri zənginləşdirir və oxucuların istifadəsinə təqdim edirlər. Burada əsas niyyət Azərbaycan oxucusu ilə yanaşı, xarici oxuculara ölkəmiz haqqında məlumatların çatdırılmasını təmin etməkdir.
***
Успешно продолжается создание статей, касающихся нашей Родины, в разделах Википедии на азербайджанском и иностранных языках. Деятельность расширяется, и группа волонтёров с большим воодушевлением вносит свой вклад в это дело. Используя надёжные, содержательные источники, волонтёры дополняют статьи и представляют их для пользования читателей. Основная цель – обеспечить доведение информации о нашей стране как до иностранных, так и азербайджанских читателей.
Гиясбейли, Медина-ханым Мехди-бек кызы
Dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilən, 2002–2007 ci illərdə Türkiyə Böyük Millət Məclisinin azərbaycan əsilli millət vəkili olmuş Yücel Artantaş
Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin təbliği və ictimaiyyətin bu barədə dolğun informasiya təminatını həyata keçirmək məqsədilə “Vikipediya” virtual ensiklopediyasında Türkiyə türkcəsində Azərbaycana dair səhifələrin yaradılması və mövcud olan səhifələrin təkmilləşdirilməsi istiqamətində iş aparır.
Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış azərbaycanlı tələbələrdən ibarət “Vikipediya könüllüləri” qrupu "Vikipediya"nın Türk dili bölməsində Zəngəzur məqaləsini zənginləşdiriblər.