Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


“Vikipediyada Şuşa İli – 270” layihəmiz

25/10/2022

2022-ci ilin əvvəlində “Qorqud” Vikipediya Metodik Klubu yeni layihəyə start verdi. Ölkəmizdə ilk olaraq məhz “Qorqud”un könüllüləri mədəniyyət paytaxtımız Şuşa şəhərinə aid yeni məqalələri açıq ensiklopediyada yerləşdirməyə, mövcud olanları redaktə etməyə və yeniləməyə, habelə xarici dillərə çevirməyə başladılar. Bu, “Qorqud”un Prezident İlham Əliyev tərəfindən 2022-ci ili “Şuşa İli” elan etməsindən sonra dövlət əhəmiyyətli kampaniyaya verdiyi töhfədir. Könüllülərimiz heç bir maddi dəstək ummayaraq Vikipediya müstəvisində həm Azərbaycan, həm xarici dilli seqmentlərdə Şuşanın təbliğatına start verdilər.

Bu il ərzində könüllülərimiz mədəniyyət paytaxtımızın tarixi, memarlığı, elm və incəsənət adamları, hərb xadimləri barədə məqalələri ya yaradıb, ya da müxtəlif dillərə təcürmə edib ensiklopediyada yerləşdiriblər. Xarici dillər demişkən, söhbət 20-dən çox dildən gedir. Prosesə xaricdə yaşayan həmvətənlərimiz aktiv şəkildə qoşulub dəstək verdilər. Fürsətən istifadə edib Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbərliyi və kollektivinə, Rumıniyadakı həmvətənlimiz - Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənova, İsveçdəki işıqlı xanım, alim soydaşımız - fizika-riyaziyyat elmləri doktoru, riyaziyyatçı və filoloq, İsveçin Royal Texnologiya Universitetinin dosenti Səadət Kərimiyə, Gürcüstandakı vətənpərvər gənclərimizə, başda Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən "İnkişaf və Təhsil” Mərkəzinin sədri Emin Əhmədova, “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimova, Marneuli “Vikipediya” klubunun könüllülərinə, Ərəbi dilinin bilicisi olan Suriya Türkmən Həkimlər Dərnəyinin sədri, müstəqil araşdırmaçı Dr.Muxtar Fateh Bəydiliyə, Moldovada yaşayan dostumuz, ingilis dilinin mükəmməl bilicisi İrina Aqaya, məqalələrin nəfis şəkildə rus dilinə çevrilməsində hədsiz əməyi olan ziyalımız Rövşən Şıxlıya və digər dostlarımıza gördükləri əməyə görə xüsusi təşəkkür edirəm.

İlin başa çatmasına 2 ay qalır. Ancaq könüllülərimiz artıq indidən qarşılarına qoyduqları hədəfə çatıb, məqsədə nail olublar. Çəkdikləri zəhmət və sərf etdikləri əməyə görə “Vikipediya” deyərkən dərhal və ilk olaraq adı dilimizə gələn Elnur Eltürkə, “Qorqud”un eksperti Ayxan Zayıdzadəyə, gənc vətənpərvər Sübhan Xıdırzadəyə, tarixçi-ekspertimiz Qulamhüseyin Məmmədova, istedadlı xanım Nuray Tanrıverdiyevaya, hesabatların sosial şəbəkələrdəki təqdimatına görə komandamızın SMM mütəxəssisi Günel Əhmədovaya afərin və çox sağol deyirəm. Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə və kollektivinə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyevə göstərdikləri dəstəyə görə xüsusi minnətdarlığımı bildirirəm.

Bu gün sizə təqdim edilən videoçarx “Qorqud”un “Vikipediyada Şuşa İli – 270” layihəsinə və onun yekunlarına həsr olunub. Bu barədə ideya iyun ayında meydana gəlib. Videoçarx “Black brothers” studiyası tərəfindən hazırlanıb. Bizimlə əməkdaşlıqda nümayiş etdirdiyi modern yanaşmaya və çevikliyə, eksklüziv musiqi bəstəsi və aranjmana görə Ruhin İsmayılova təşəkkürümüzü bildiririk. 

Könüllülərimiz fəaliyyətdədir. Dövlətimizin informasiya və təbliğat siyasətinə töhfəmizi verməkdə davam edirik. Qarabağ Azərbaycandır!






Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ