Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
09/12/2024
“Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik artır
Hər keçən gün ölkəmizdə “Vikipediya” virtual ensiklopediyasına maraq artır. Könüllü qruplar tərəfindən yeni məqalələr yaradılır. Eyni zamanda redaktəyə ehtiyacı olan məqalələrin məzmunu etibarlı mənbələrlə zənginləşdirilir. Bununla doğma dilimizdə məlumat bazası genişlənir.
Bu günlərdə Azərbaycan “Vikipediya” icmasının gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 49-cu pilləyə yüksəlib. Son 3 ay ərzində bu bölmə 3 pillə irəliləyib. Bu fakt “Vikipediya”nın Azərbaycan dili bölməsində inkişafa xidmət edən fəaliyyətin uğurla həyata keçirildiyini bir daha təsdiqləyir. Bu istiqamətdə çalışan Azərbaycan “Vikipediya” icmasına gələcək fəaliyyətlərində uğurlar arzulayıram. “Qorqud” Vikipediya Metodik Klubunun könüllü qrupları 4 ilə yaxındır ki, bu prosesdən kənarda qalmır və öz töhfələrini verməyə davam edirlər.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.