“Vikipediya”nın Azərbaycan, türk,ingilis, rus dili bölmələrində könüllü qruplarımız tərəfindən məqalələr

“Vikipediya”nın Azərbaycan, türk, ingilis və rus dili bölmələrində könüllü qruplarımız tərəfindən məqalələrin etibarlı istinadlarla zənginləşdirilməsi uğurla davam etdirilir. Əsas məqsəd yerli və xarici oxucuları Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və görkəmli şəxsiyyətləri haqqında məlumatlarla təmin etməkdir.
Türk dili bölməsində görkəmli Azərbaycan kino və teatr aktrisası Hökümə Qurbanova haqqında məqalə zənginləşdirilib. Bununla yanaşı, Azərbaycan və türk dili bölmələrində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “Tağıyev: Neft” filmi, “Böyük Dayaq” filmi, ictimaiyyətə yeni təqdim olunan “Azərbaycan Atabəyləri” filmi və Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Helmi Abbasbəyli ilə bağlı məqalələr redaktə edilib və ya yaradılıb.
Həmçinin, Zəngilan rayonunun kənd inzibati ərazi dairəsinə daxil olan Tatar, Ördəkli və Tiri kəndləri, eləcə də XVIII əsrə aid tarix-memarlıq abidəsi olan, Azərbaycanın Qubadlı rayonunun Məmər kəndində yerləşən Məmər məscidi haqqında məqalələr “Vikipediya”nın ingilis dili bölməsində genişləndirilərək xarici oxucuların diqqətinə təqdim edilib.
++++
Наши волонтёрские группы успешно продолжают обогащать надёжными источниками статьи в разделах Википедии на азербайджанском, турецком, английском и русском языках. Основная цель – предоставить местным и зарубежным читателям информацию об истории, культуре, географии и выдающихся личностях Азербайджана.
В разделе на турецком языке дополнена статья о выдающейся азербайджанской актрисе кино и театра Хокуме Гурбановой. Кроме того, в азербайджанском и турецком разделах отредактированы либо созданы статьи о фильме «Тагиев: Нефть», снятом Баку Медиа Центром при поддержке Фонда Гейдара Алиева, Министерства культуры и Агентства кино, фильме «Великая опора», недавно представленном общественности фильме «Атабеки Азербайджана», а также о члене Союза художников Азербайджана Нигяр Хельми Аббасбейли.
Кроме того, в англоязычном разделе Википедии дополнены и представлены иностранным читателям статьи о сёлах Татар, Ордекли и Тири, входящих в состав сельской административной территориальной единицы Зангиланского района, а также о Мамарской мечети – историко-архитектурном памятнике XVIII века, расположенном в селе Мамар Губадлинского района Азербайджана.
Türkiyə Böyük Millət Məclisinin azərbaycanəsilli üzvü Cantürk Alağöz
Государственный День Суверенитета (Азербайджан)