Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


15/01/2025

“Vikipediya”nın yaranmasının 24 ili tamam olur

Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili tamam olur. “Vikipediya” 340 dildə mövcud olan və viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən daim inkişaf etdirilən ensiklopediyadır. 


“Vikipediya” platformasının Azərbaycan dili bölməsi hər gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir. Ötən ilin yalnız dekabr ayında “Vikipediya”nın Azərbaycan dilindəki səhifələri 33 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 389 milyona çatıb. 


Artıq 4 ildən çoxdur ki, bizim təşəbbüsümüzlə 2020-ci ilin dekabrında yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspert və könüllüləri platformada uğurla fəaliyyət göstərirlər. Bu zaman kəsiyində Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, memarlıq abidələri və coğrafiyası haqqında bəhs edən 6 mindən artıq məqalə Azərbaycan, türk, ingilis, rus, alman və digər dillərdə yaradılıb və zənginləşdirilib. Bununla yanaşı, “Qorqud” Türkiyə, Özbəkistan, Almaniya və Gürcüstanda “viki” qruplarının yaradılmasında da fəal iştirak edib. 


2022-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən "Vikipediya açıq ensiklopediyada Azərbaycan həqiqətlərinin təbliği" mövzusunda görüş ən yadda qalan tədbirlərimizdən biri olub. Həmin il “Şuşa İli” çərçivəsində “Qorqud” klubunun könüllüləri açıq ensiklopediyanın Azərbaycan və xarici dilli seqmentlərində Şuşaya aid 270-dən çox məqalə yerləşdiriblər. Şuşanın tarixi, mədəniyyəti, memarlığı, tanınmış elm və hərbi xadimləri, ziyalıları və şəhidlərinə həsr olunmuş mövcud məqalələr yenilənib, redaktə edilib, 20-dən çox xarici dilə tərcümə olunub. Eyni zamanda adıçəkilən mövzularda yeni məqalələr yaradılıb. “Qorqud”un layihəsinə Rumıniya, Almaniya, BƏƏ, İsveçdən olan həmvətənlərimiz, eləcə də Özbəkistan və Gürcüstandakı diasporlarımızın fəalları dəstək veriblər.


“Qorqud” klubu Azərbaycan haqqında oxuculara obyektiv və etibarlı məlumatların təqdim olunması istiqamətində fəaliyyətini davam etdirəcək. Könüllülərimizin bu işdə göstərdikləri böyük həvəs və fədakarlığa görə onlara dərin təşəkkürümü bildirirəm. Onların əzmli fəaliyyəti və bu missiyaya olan sədaqəti dərin hörmətə layiqdir.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ