Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


16/10/2020

Xalqımıza məxsus daha bir tarixi abidə

Xalqımıza məxsus tarixi abidələrin işğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən mənimsənilməsi, dağıdılması və saxtalaşdırılmasına dair məlumatları mütəmadi şəkildə paylaşmağa, ictimailəşdirməyə çalışırıq. Talan edilmiş muzeylər, yerlə yeksan olunmuş təhsil ocaqları, viran olmuş kənd və şəhərlərimizlə yanaşı tarixi abidələrimiz də eyni aqibəti yaşayıb. Erməni barbarlığı dini məbədlərə münasibətdə xüsusilə biruzə verilir. Məscidlərimiz dağıdılıb, onlarla alban məbədi, monastır və kilsələri isə mənimsənilib.
Ancaq bu 30 ildə ermənilər alban məbədlərindən heç də hamısının tarixini saxtalaşdırmağa macal tapmayıblar. Şəkillərdə gördüyünüz məbəd Hadrut ərazisində yerləşən Qtiçavəng monastırıdır. XIII əsrdə inşa edilmiş dini-tarixi abidədir. Göründüyü kimi, ermənilər tərəfindən viran edilib. Monastırın tarixi barədə tarixçilərimiz yəqin ki, yaxınlarda ətraflı məlumat verəcəklər. Məni isə iki mühüm məsələ  maraqlandırır:
1. Əgər bu, erməni məbədidirsə, niyə ermənilər onu dağıdıb və divarlarda yazılan yazılarla təhqir ediblər?
2. Əgər təhqir ediblərsə, deməli, özlərininki hesab etmirlər. Bu, ermənilərin Qarabağa gəlmə olduqlarının daha bir sübutu deyilmi? Çünki ermənilər hər vəchlə Qarabağda alban irsini inkar, məbədlərin onlara məxsus olduğunda israr edirlər.
Dostlar, çox tezliklə ordumuz azad olunacaq ərazilərimizdə yeni-yeni belə abidələrimizi özümüzə qaytaracaq. İtirilmiş tariximizə sahib çıxacağıq! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ