Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


21/11/2022

YAP – tarixi zəfərlər partiyası

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür. Mürəkkəb ictimai-siyasi şəraitdə, dərin iqtisadi böhran, gənc dövlətçiliyimizin süqut etmə təhlükəsi ilə üz-üzə qaldığı günlərdə əsası qoyulan partiya hazırda Cənubi Qafqazın ən iri siyasi təşkilatıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu YAP ötən 30 ildə ölkədə baş verən bütün mütərəqqi yeniliklərin, sabitliyin, iqtisadi yüksəlişin lokomotivi rolunda çıxış edib. Partiya Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə Qarabağımızın erməni işğalından azad edilməsi prosesində cəmiyyətimizi dövlət başçısının ətrafında birləşdirən iri ictimai-siyasi hərəkata çevrilib. İşğal altında olan torpaqlarımızın Vətənə qovuşması 1992-ci ildə yaradılan YAP-ın başlıca amalı, elan edilmiş əsas hədəfi idi. 30 il ərzində YAP Heydər Əliyev tərəfindən irəli sürülən ümummilli məqsədin gerçəkləşməsi üçün şanlı yol qət edib.

Partiya sədri İlham Əliyevin liderliyi ilə həyata keçirilən partiyadaxili islahatlar, nəsil dəyişikliyi və yeniləşmənin prioritet hədəfi müasir Azərbaycanın davamlı inkişafı, yeni nailiyyətlərə doğru irəliləməsi prosesində intellektual platforma rolunu oynamaq və ictimai-siyasi dəstəyi təmin etməkdir. YAP qarşıdakı illərdə də bölgəmizdə baş verəcək proseslərin içtirakçısı, ən iri regional siyasi təşkilat olaraq qalmaqda davam edəcək.


Yaşasın müstəqil Azərbaycan!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ