Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


23/05/2024

YAP Yasamal Rayon Təşkilatında gənclərlə görüş

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə və “28 May – Müstəqillik Günü”nə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminarda iştirak etdik. Vətən müharibəsi qəhrəmanlarımızla, gənclərimizlə hər belə görüş bizdə qürur hissi oyatmaqla yanaşı, gələcəyə böyük ümidlə, inamla baxmağız üçün ruh verir. Çünki gənclərimiz öz savadları, cəsarətləri, vətənə sevgiləri ilə müasir Azərbaycanın aparıcı qüvvəsinə çevriliblər. Ulu öndər Azərbaycan gəncliyini məhz belə görmək istəyirdi!
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi, polkovnik-leytenant  Füzuli İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, 44 günlük Vətən müharibəsi iştirakçıları – Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayevlə birlikdə etdiyimiz çıxışlarda gənclərimizə tövsiyələrimizi verdik. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərin müasir dövlət quruculuğu prosesindəki rolu daha da artacaq!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ