Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


16/12/2022

Yasamal rayonunda sakinlərlə növbəti səyyar qəbul

Dünən dairəmizdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla birlikdə sakinlərin növbəti səyyar qəbulunu keçirdik. Vətəndaşların qarşılaşdıqları problemlərlə bağlı qəbulda iştirak edən icra strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qaldırılan bəzi məsələlərlə daha yaxından tanış olmaq və məlumat əldə etmək üçün icra başçısı həmin sakinləri gələn həftə, bazar ertəsi günü şəxsən qəbul edəcək. 

Dünənki qəbulda vətəndaşları narahat edən məsələlərin bir qismi köhnə evlərin sökülməsi və yerində yenilərin tikilməsi məqsədilə tikinti şirkətləri ilə sakinlər arasındakı danışıqlarla bağlı idi. Bildiyiniz kimi, bizim də dairəmizi əhatə edən köhnə "Sovetski" və "Kubinka" ərazisi tədricən sökülməli və burada yeni binalar tikilməlidir. Bu proses artıq gedir. Bundan əlavə, Yasamalda 90-dək istismar vaxtı keçmiş yaşayış binalarının yerində yenilərinin tikintisi gözlənilir. Təbii ki, bu, ilk növbədə  inşaat şirkətlərinin, sahibkarların göstərəcəkləri maraqdan asılıdır. 

Proses ərzində müxtəlif çətinliklər meydana çıxır. Məsələn, sahibkar qiymət barədə binanın əksər sakinləri ilə razılığa gəlir, ancaq bir neçə vətəndaş evlərinə həddindən yüksək qiymət dediklərinə görə məsələ "ölü nöqtə"dən tərpənə bilmir. Nəticə etibarilə çoxluq azlığın mövqeyinə görə əziyyət çəkir. Dünən icra başçısı da dedi, mən də bu qənaətdəyəm ki, Milli Məclisdə prosesi tənzimləyən qanunda müvafiq dəyişikliklərin edilməsi üçün xarici ölkələrdəki praktikanı da nəzərə almaqla müzakirələr keçirmək lazımdır. Məsələn, binanın sakinlərinin 50% üstəgəl 1-i sahibkarla ümumi razılığa gəldikdə işlərə start vermək mümkün ola bilər. Təbii ki, bu, yeganə düstür deyil və müxtəlif şərtləri nəzərdən keçirmək mümkündür. 

Bir sıra hallarda bəzi sahibkarlar söküntünü həyata keçirirlər, ancaq müxtəlif səbəblərdən yeni binanın tikintisi ləngiyir. Bizim dairənin ərazisində də belə hallar var. Sahibkar bir binanın tikintisini böyük ölçüdə bitirib, indi bitişik ərazidə ikincisini tikməlidir, ancaq iş subyektiv səbəblərdən dalana dirənib. Nəticədə bir qrub sakinimiz həyat üçün təhlükəli olan söküntü ərazisində qalıb. 

Sakinlərin içində sahibkarın ona bir qiymətlə mənzil haqqı ödədiyini, digərinə isə başqa məbləğ verdiyindən şikayətlənənlər də var. Təbii ki, tikinti özəl sektor təmsilçiləri tərəfindən aparıldığından, bu prosesə müdaxilə imkanları da məhduddur. Bununla belə, icra hakimiyyəti, şəxsən başçı vətəndaşlarla özəl sektor arasında bir növ körpü rolunu oynayaraq bu qəbildən olan problemlərin aradan qaldırılmasına çalışırlar. Hesab edirəm ki, həm vətəndaşlar, həm də sahibkarlar danışıqlar zamanı daha yetkin razılığa gəlməli və yalnız bundan sonra söküntü-tikinti işlərinə başlanılmalıdır

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ