Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


30/11/2021

Şəhidlər parkının açılışı oldu

Yasamal rayonunun ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan 339 şəhidi var. Onlardan 34-ü 44 günlük Vətən müharibəsində şəhadətə qovuşublar. Digər şəhidlərimiz isə müstəqillik qazandığımız gündən etibarən müxtəlif tarixlərdə xalqımız və Vətənimiz uğrunda canlarından keçiblər.
Bu gün Seyfəddin Dağlı küçəsində rayonumuzun 339 şəhidinin adının əbədiləşdirilməsi məqsədilə inşa olunan Şəhidlər parkının açılışı oldu. Yeni park və şəhidlərin xatirəsinə ucaldılmış lövhə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib. Lövhədə 339 şəhidimizin adları əks olunur. 
Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclis sədrinin müavini Adil Əliyev, deputat həmkarlarım, ölkəmizin tanınmış elm və ictimai xadimləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak edirdilər. Bu park tək Yasamal deyil, bütün xalqımızın müqəddəs saydığı məkan olacaq. Şəhidlər ölməz, Vətən bölünməz!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ