Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


14/04/2023

Zərdabda "Heydər Əliyev İli" ilə bağlı tədbirlər keçirilib

Bu gün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun dəvəti ilə həmkarlarım Jalə Əliyeva və  Aydın Mirzəzadə  ilə birlikdə rayonda bir sıra tədbirlərdə iştirak etdik. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycanda "Heydər Əliyev İli" olaraq qeyd edilir. Bu münasibətilə rayon ictimaiyyətinin nümayəndələri ilə birgə Heydər Əliyev Mərkəzində təşkil edilmiş tədbirdə iştirak etdik, maraqlı fikir mübadiləmiz oldu. 

Ulu Öndərin adını daşıyan parkı ziyarət etdik, yerli Şəhidlər Xiyabanına tər güllər qoyduq, rayondakı 3 nömrəli tam orta məktəbin ərazisində ağacəkmə kampaniyasına qatıldıq. Bu il məktəbin ərazisində müasir minifutbol stadionu tikiləcək. Tezliklə stadionda yarışlar keçiriləcək, gənclərin idmana marağının artmasında bu idman qurğusunun böyük əhəmiyyəti olacaq. 

Zərdaba gəlib xalqımızın maariflənməsi tarixində böyük rol oynamış dahi mütəfəkkir Həsən bəy Zərdabinin adını daşıyan parkı, onun xatirəsinə ucaldılmış abidəni ziyarət etməmək mümkün deyil. 

Təqdirəlayiq haldır ki, bütün bölgələrimiz kimi, Zərdabda da quruculuq işlərinin nəticələrinin şahidi ola bilərik. Görülən işlər, dövlətin dəstəyi ilə həyata keçirilən layihələrin hədəfi əhalinin rifahı məşğulluğun təmin olunmasıdır. İşgüzar, zəhmətkeş zərdablılar dövlətin bu dəstəyini layiqincə qiymətləndirirlər.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ