Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.



Əziz dostlar, hörmətli seçicilərim!

Mən sizə seçkilərdən əvvəl söz vermişdim ki, daimi və intensiv ünsiyyətdə olacağıq. Görüşlər keçirəcək, dairəmizin problemlərinin həllinə çalışacaq, hər bir sakinimizin çətinliyini fərdi qaydada dinləyəcəyik.

Bu işdə bizə canlı görüşlərlə yanaşı sosial şəbəkələrdəki hesablarım vasitəsilə qurulmuş münasibətlərimiz də yardım etməlidir. Artıq xeyli müddətdir ki, siz öz qayğı və fikirlərinizi bu hesablara yazırsınız, biz öz komandamızla onların çözümünə çalışırıq.

Sizə təqdim etdiyimiz bu saytın əsas məqsədi ünsiyyətimizi daha sıx etməkdir. Eyni zamanda, siz bu sayt vasitəsilə də dairəmizin yenilikləri barədə operativ və dolğun məlumat ala biləcəksiniz. Öz istəklərinizi qeyd olunmuş elektron poçtumuza yaza bilərsiniz, onlara mütləq cavab veriləcək.

Beləliklə, mən sizin hər birinizi dairəmizin gündəlik qayğılarının həlli prosesinə dəvət edirəm. Çətinlikləri müzakirə edək, vahid qənaətə gələk, onların çözümü üçün icra strukturlarına müraciət edək. Güclü dövlətimiz var, mən əminəm ki, birlikdə çox hədəflərə nail ola bilərik.

Mən dairəmizi yaxşı tanıyıram, ziyalı ailəsində doğulmuş, öz gücünə təhsil almış, hərbi xidmətini düşmənlə səngərlərdə keçirmiş, öz zəhməti hesabına şəxsi biznesini qurmuş, indi isə Milli Məclisdə sizi təmsil edən sadə bir azərbaycanlıyam! Mən sizlərdən biriyəm!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ