Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


31/01/2023

Birgə Bəyannamə Azərbaycan-Macarıstan əməkdaşlığını daha yüksək zirvəyə qaldıracaq

Yanvarın 29-da Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısının Macarıstan Prezidenti xanım Katalin Novakla təkbətək və geniş tərkibdə görüşü keçirildi. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə ölkələrimiz arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı.

Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunur və TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır. Qeyd edək ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildəki bəyanatında macar xalqının hun-türk köklərinə əsaslandığını vurğulayıb.

2004-cü ildən Avropa İttifaqına üzv olan Macarıstan zəngin mədəni tarixə sahibdir. Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf edib. Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab olunur. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14,3 milyon turist səyahət edib. Macarıstanda dünyada ən böyük termal su mağarası və ikinci ən böyük termal göl mövcuddur. Mərkəzi Avropa regionunun ən böyük gölü olan Balaton da buradadır. Macarıstanın Gyöngyöş şəhəri Şuşa, Tisavaşvari şəhəri isə Ağdamla qardaşlaşıb.

Yeni imzalanan Anlaşma Memorandumuna əsasən isə Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi, mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Dövlətimizin başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Avropanın, o cümlədən bu qitədə orta güc hesab edilən Macarıstanın ən önəmli strateji tərəfdaşlarından biridir. Azərbaycan və Macarıstan, həmçinin geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.

İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zamanda əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə bu göstərici 47,4 milyon ABŞ dollarına yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.

Tərəflər arasında müxtəlif sahələr üzrə imzalanan Birgə Bəyannamə Azərbaycan-Macarıstan əməkdaşlığını daha yüksək zirvəyə qaldıracaq. Yaxın vaxtlarda iki ölkə arasında fəaliyyət göstərən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti 9-cu iclası keçiriləcək.


https://azertag.az/xeber/Elnur_Allahverdiyev_Birge_Beyanname_Azerbaycan_Macaristan_emekdasligini_daha_yuksek_zirveye_qaldiracaq-2467178

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ