
Əziz dostlar!
Bildiyiniz kimi, 3 ildir sosial tərəfdaşlarımızın köməyi, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Yasamal Bələdiyyəsinin dəstəyi ilə bayramlar və əlamətdar günlərdə dairəmizin aztəminatlı ailələrinə ərzaq yardımı edilir. Bu, bir sosial aksiyadır və onun həyata keçirilməsi dövlətimiz tərəfindən əhalinin ehtiyacı olan qisminin rifahı üçün görülən tədbrilərə bir növ bizim verdiyimiz tövhədir. Bizim deyərkən hamını nəzərdə tuturam: bu aksiyaların reallaşmasına yardımçı olmuş tərəfdaşlarımızdan tutmuş könüllülərimizə, dəstək verən və köməyini əsirgəməyən vətəndaşlarımızadək. Budəfəki yardım kampaniyasında komandamıza 5 gün ərzində dəstək durmuş sakinlərimizdən bir neçəsini xüsusi qeyd etmək istəyirəm. Ağsaqqal seçicimiz Vaqif dayı ilk gündən bizimlədir, ehtiyacı olan ailələrin siyahısının tərtib edilməsində komandamıza böyük köməyi dəyir. Əslində, Vaqif dayı komandamızın ağsaqqal üzvüdür. Gənc sakinimiz Hüseyinağa (fotolardan onu və Vaqif dayını tanıya bilərsiniz). 350 ailəyə ərzaq yardımı onun çiyinlərində çatıb. Təşəbbüskarlığı və zəhmətkeşliyi ilə seçilən dostumuz Əlibaba və seçicimiz Aygün xanım. Hər birinə hədsiz təşəkkürümü bildirirəm!
Beləliklə, martın 13-dən bu günədək davam edən və dairəmizin aztəminatlı ailələri üçün nəzərdə tutulmuş sosial aksiyamız başa çatdı. Ümid edirəm ki, xalqımızın tarixində və yaddaşında əlamətdar yerə məxsus Novruz bayramı ərəfəsində sakinlərimizin bir qisminin sevincinə səbəb ola bildik. Bir daha sosial tərəfdaşlarımıza, partiyamızın Yasamal təşkilatının rəhbərliyinə və Yasamal Bələdiyyəsinə göstərdikləri köməkliyə görə çox sağol deyirəm. Biz birlikdə güclüyük!