Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


07/06/2023

İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində büdcə müzakirələri

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiya çərçivəsində növbəti iclasında gündəlikdə olan 5 məsələni müzakirə etdik. Bunlardan 4-ü dövlət büdcəsi ilə əlaqəli olduğuna görə müzakirələr də əsas etibarilə bu mövzu ətrafında oldu.

Komitə sədri Tahir Mirkişili bildirdi ki, 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmalar gözlənilir. Lakin bütün bunların fonunda baxılan dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırılır. Dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək.

Maliyyə nazirinin müavini Azər Bayramov büdcə gəlirlərindəki artımların strukturu barədə məlumat verərkən dürüstləşdirmələr və aparılan korrektələr barədə danışaraq bildirdi ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 780,5 milyon manat, xərcləri isə 36 milyard 569,8 milyon manat təşkil edəcək. Bu dəyişikliklər büdcə qaydasının tələbləri üzrə müəyyən edilmiş yuxarı həddə təsir etməyəcək.

Azərbaycanda sosial iqtisadi inkişaf, makroiqtisadi proqnozlar və inflyasiya ilə bağlı danışan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sözlərinə görə, ötən ilin qeyri-müəyyənliklə müşayiət olunması proqnozlaşdırmaya da təsirini göstərib. Qlobal iqtisadi və siyasi böhranlar proqnozlarda dəyişikliklərə gətirib çıxarır, bu isə bütün bunların dünyada və Azərbaycanda inflyasiyanın artmasına təsir göstərir.

ÜDM-in real artım tempinin 1,8 faiz olması və 111,6 milyard manata çatması proqnozlaşdırılır. Neft üzrə ÜDM-in 4,9 faiz artaraq 77,7 milyard manat həddinə çatması gözlənilir. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirdi ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata yaxın təşkil edəcək. Bu əlavə tələb olunan 4 milyon manat vəsait fondun büdcəsinin əvvəlki ildə istifadə olunmamış qalığından maliyyələşəcək.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ