Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


17/01/2023

“Orta dəhliz” layihəsi iqtisadi potensialımızın artmasında ciddi rol oynayacaq

Davosda Dünya İqtisadi Forumunun 53-cü iclası öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak edir. Dövlət başçısı “Orta dəhliz”ə dair paneldə çıxış edəcək. Həm Azərbaycana, həm də onun liderinə Davos Forumunda həmişəki kimi maraq var və “Orta dəhliz” kimi qlobal və aktual mövzu ilə bağlı dövlət başçısının fikirləri ciddi diqqət cəlb edir.

Rusiyanın Ukraynada başladığı müharibə dünya bazarlarında qiymət artımı və bəzi məhsulların qıtlığına səbəb olduğu kimi, qlobal yükdaşıma marşrutlarına da ciddi təsir göstərib. Şərqdən Qərbə doğru yükdaşımaları ilə məşğul olan ölkələr və şirkətlər tez bir zamanda logistik marşrutları dəyişmək məcburiyyətində qalıblar. Bu fonda “Orta dəhliz” xəttinin aktuallığı durmadan artır. Məlum olduğu kimi, Azərbaycan bu marşrutun mərkəzi rolunu oynayır və biz əslində, hələ bu layihə ortaya çıxmamışdan öncə də öz gücümüz və imkanlarımızla Xəzər dənizi – Azərbaycan – Gürcüstan -Türkiyə-Avropa xəttini işlək vəziyyətə gətirmişdik. Neft-qaz boru kəmərləri ilə yanaşı dəmiryolu xətti və avtomobil yolları xeyli müddətdir uğurla sınaqdan çıxarılır və bölgə dövlətlərinin büdcəsinə iri vəsaitlər cəlb edir. Rusiya-Ukrayna müharibəsindən sonra isə bu dəhlizin əhəmiyyəti dəfələrlə artıb.
Noyabrın 25-də Bakıda “Orta Dəhliz boyunca: “geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi və Prezident İlham Əliyev orada çıxış etdi. Bu, bir növ Davos Forumu ərəfəsində Azərbaycanın layihəyə baxışının təqdimatı da sayıla bilər. İndi isə cənab Prezident Davosda dövlət başçıları, nüfuzlu siyasi və iqtisadi ekspertlər, düyanın iqtisadi və siyasi gündəmini müəyyən edən iri korporasiyaların rəhbərləri, beyin mərkəzləri qarşısında Azərbaycanın bu layihə nöqteyi-nəzərdən imkanları və potensialı barədə məlumat verəcək.
“Orta dəhliz” layihəsinin bizim ərazimizdən keçməsi və ölkəmizin bu layihənin aparıcı, birləşdirici mərkəzi olması həm iqtisadi potensialımızın artmasında, həm də dövlətimizin, xalqımızın təhlükəszliyinin təmin edilməsində ciddi rol oynayacaq.

https://news365.az/2023/01/17/28371/

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ