Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Sahibə Qafarova Berlində Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən qəbulda iştirak edib

01/12/2023

Dünən Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində qəbul təşkil olunub. Tədbirdə Almaniya Bundestaqının üzvləri, xarici ölkələrin səfirləri, Almaniya XİN-in və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, o cümlədən elm, mədəniyyət xadimləri, müxtəlif şirkətlərin nümayəndələri, iş adamları və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxış edərək, parlament nümayəndə heyətini və qonaqları salamlayaraq, iki ölkə arasındakı münasibətlər, bu səfərin əhəmiyyəti barədə fikirlərini bildirib.

Sahibə xanım Qafarova bu ölkəyə rəsmi səfərini dövlətlər arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bariz nümunəsi adlandırıb. O, keçən il Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, ötən dövr ərzində müxtəlif sahələrdə fəal və səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. Görüşdə qanunverici orqanlarımızın qarşılıqlı fəaliyyətinin ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına verdiyi töhfələrdən danışılıb, bu əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin, görüşlərin və təmasların müstəsna rolu vurğulanıb

🇦🇿🤝🇩🇪

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ