Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Sahibə Qafarova Çexiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

02/12/2023

Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Milli Məclisin sədri kimi Çex Respublikasına ilk dəfə səfər etdiyini, bu səfərin və keçirilən görüşlərin münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyinə inandığını bildirib. Spiker Sahibə Qafarova parlamentlərimiz arasında münasibətlərin Azərbaycan və Çex Respublikası arasında əlaqələrin mühüm bir hissəsini təşkil etdiyini qeyd edərək, qarşılıqlı səfərlərin və müntəzəm dialoqun önəminə diqqət çəkib. O, xüsusilə dostluq qrupları arasında təmasların daha da genişləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini vurğulayıb.

Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılmasının, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ