Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Sahibə Qafarova Çexiya Parlamentinin Deputatlar Palatasının sədri ilə görüşüb

02/12/2023

Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb. Deputatlar Palatasının sədri Azərbaycan parlamentinin spikerinin səfərindən məmnunluqlarını ifadə edərək, qanunverici orqanlarımız arasında yalnız spikerlər səviyyəsində deyil, komitələr, dostluq qrupları səviyyəsində də əməkdaşlığın önəmini vurğulayıb. Həmçinin, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığının vacibliyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında siyasi təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu qeyd edib.

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən spiker Sahibə Qafarova, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmasının fəsadları, bu işğal nəticəsində bir milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsi, işğal olunmuş ərazilərdə bütün infrastrukturun və tikililərin, o cümlədən tarixi, mədəni və dini abidələrin dağıdılması haqqında danışıb.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ