Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


21/04/2022

Rəşadətli ömür

Bu gün 60 nömrəli orta məktəbin məzunu, Texniki Universitetin tələbəsi olmuş şəhidimiz Rəşad Zeynallıya həsr olunmuş "Rəşadətli ömür" filminin təqdimat mərasimində iştirak etdim. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Rəşadın valideyinləri, bacıları, dostları, məktəb yoldaşları, 60 nömrəli məktəbin kollektivi ilə yüksək peşəkarlıqla çəkilmiş filmi seyr etdik. 
Rəşad könüllü olaraq döyüşlərə qatılıb, Cəbrayıl və Qubadlının azad olunmasına görə medallarla təltif olunub. Müəllimlərinin, dostlarının sözlərinə görə, yüksək mədəniyyət, qabiliyyət sahibi, təvazökar, ədalətsevər gənc olub. Oxuduğu, 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisində yerləşən 60 nömrəli məktəbdə barelyefinin açılışında iştirak etdiyimiz Rəşad hazırda burada təhsil alan məktəblilər üçün nümunə, qəhrəmanlıq etalonudur. 
Bu gün Rəşadın ad günüdür.  24 yaşı tamam olur...
Allah ona və bütün şəhidlərimizə rəhmət etsin!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ