Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla birlikdə sakinlərin səyyar qəbulunda iştirak etdik
22/04/2022
Dünən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla birlikdə sakinlərin səyyar qəbulunda iştirak etdik. Başçının səyyar qəbulları hər həftənin cümə axşamları keçirilir. Bu dəfə qəbul 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisində baş tutdu. Müraciət edən vətəndaşlardan 4 nəfəri dairəmizin sakinləri idi.
Müraciətlərin bir çoxu yerində müvafiq icra strukturlarına tapşırıldı, digərləri isə qarşıdakı həftə ərzində həll ediləcək.
Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması bu kimi tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Bu yolla vətəndaşların problemlərinin operativ şəkildə həllinə nail olmaq mümkündür
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.